Azərbaycan dövlət və partiya xadimi, publisist, alim Ruhulla Axundov anadan olub -
Azərbaycan dövlət və partiya xadimi, publisist, alim Ruhulla Axundov anadan olub

 13 yanvar 1897-ci il tarixində Azərbaycan dövlət və partiya xadimi, publisist, alim Ruhulla Axundov anadan olub (1897-1938). R.Axundov Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Karl Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə R.Axundov tərcümə edib. R.Axundov tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, ikicildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olub. O, Stalin repressiyasının qurbanı olub - 1938-ci ildə güllələnib. Ölümündən sonra bəraət alıb.

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə