Xalq teatrlara dair yeni metodiki vəsaitlər iğıq üzü görüb -
Xalq teatrlara dair yeni metodiki vəsaitlər iğıq üzü görüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi beynəlxalq metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, ictimai-məişət, tarixi xronologiyanı, teatr, muzey işi, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin senarilərini, habelə musiqi-incəsənət məktəblərin fəaliyyətini əhatə edən metodiki vəsait hazırlayır. Bu günə qədər capdan çıxan vəsaitlərin sayı 100-ə qədər çatmışdır.
Belə ki, Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış növbəti metodiki vəsaitlər mədəniyyət evlərinin fəaliyyətini əhatə edir. “Xalq teatrında səhnə tərtibatı və geyimlər” və “Xalq teatrları və özfəaliyyət dram dərnəklərinin repertuar seçimi” adlı növbəti metodiki vəsaitlər işıq üzü görüb. Metodiki vəsaitlərin yazılmasının məqsədi ölkəmizdə fəaliyyət göstərən həvəskar teatr kollektivlərinin, tamaşaçıların zövqünü oxşayan, onları maraqlandıran, düşündürən, kollektivin imkanlarına uyğun keyfiyyətli tamaşalar hazırlamağa yardımçı olmaqdır.
Xalq və özfəaliyyət teatrlarında çalışan həvəskarlar üçün bu metodiki vəsaitlər olduqca vacibdir. Teatr-dekor sənəti, yeni dekorasiya, qrim, uğurlu və maraqlı repertuarın seçilməsi teatrın inkişafı üçün önəmli şərtlərdir. Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda teatrsevər geniş oxusu kütləsi ücün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, vəsaitlərin Bakıda və regionlarda təqdimatının aparılması da planlaşdırılır. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə