Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb -
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb

30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib. Eyni vaxtda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb. 1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə