Gənc mədəniyyət işçiləri narkomaniyaya qarşı -
Gənc mədəniyyət işçiləri narkomaniyaya qarşı

10 iyul 2019-cu il tarixində Ağcabədi rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə birgə “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri arasında “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib.
Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilmiş tədbirin məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanmasıdır.
Tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev açaraq, qeyd etdi ki, regionun mədəniyyət müəssisələri, həmçinin kitabxanalar narkomaniyaya qarşı müxtəlif tədbirlər və aksiyalar keçirir.
Mərkəzin elmi katibi Cavid Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən görülən və görüləcək işlərdən bəhs etdi.
Mərkəzin əməkdaşları Ceyhun Əhmədov “Narkomaniya – gənclərin mübarizə istiqaməti kimi” mövzusunda, Elnur Hacıbabayev “Gənc mədəniyyət işçilərinin narkomaniyaya qarşı mübarəzədə rolu” mövzusunda, Rəfiqə Nəsirova “Çərçivədən kənar” təbliğat xarakterli movzusunda məruzələri ilə çıxış ediblər.
Çıxışlarda qeyd olundu ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
Məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirildi. Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Seminar interaktiv şəkildə davam etdirilib.
Seminarın fəal iştirakçıları sertifikatlarla təltif olunub.
 

 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə