Gənc mədəniyyət işçiləri Şamaxıda V ÜMDF-na həsr olunmuş regional görüş keçirəcəklər -
Gənc mədəniyyət işçiləri Şamaxıda V ÜMDF-na həsr olunmuş regional görüş keçirəcəklər

13 may 2019-cu il tarixində Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçiriləcək. Görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda gənclərə ünvanlanan çağırış və mesajların mənimsənilməsi, habelə fikir mübadiləsi aparılacaqdır.
Tədbirin məqsədi gənc mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoq strategiyasının yaradılması zəruriyyətinin, mövcud problemlərin və münaqişələrin hərb vasitəsi ilə yox, maliyyə, siyasi və mədəni vasitələrlə həll edilməsi barədə təsəvvürlərin formalaşdırılmasıdır.
Görüşdə tolerant və multikultural ölkədə yaşamanın müsbət tərəfləri, birgəyaşayış, bir-birinə hörmətlə yanaşma, müxtəlif mədəniyyətləri və dinləri qəbul etmənin vacibliyi müzakirə olunacaq. Bununla yanaşı, mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınması məsələsinə də xüsusi önəm veriləcəkdir.
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə