Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmalarının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir -
Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmalarının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir

 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Azərbaycan professional musiqi sənətinin banisi, publisist, dramaturq, ictimai xadim, dahi bəstəkar Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Müslüm Maqomayevin anadan olmalarının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirəcəkdir.
Ədəbi-bədii tədbir oktyabr ayının 13-də saat 16:00-da Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin zalında keçiriləcəkdir. (Ünvan: Ünvan: Bakı şəhəri, Səbail rayonu, Q.Əlizadə küçəsi 5)
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış incəsənət xadimlərindən Respublikanın xalq artistləri Firəngiz Əlizadə, Ramiz Quliyev, Əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Zemfira Qafarova, Sərdar Fərəcov və bəstəkar Oqtay Rəcəbov da iştirak edəcəklər. Onlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan, pedaqoji və ictimai fəaliyyətlərindən, professional musiqi sənətinin inkişafındakı rolundan söhbət açacaqlar. Ədəbi-bədii gecədə Respublikanın xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi Azərbaycan Televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllimləri musiqi nömrələri ilə çıxış edəcək. Tədbir iştirakçıları diplom və fəxri fərmanlarla təltif olunacaq. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə