Daşkənddə XXI Beynəlxalq turizm yarmarkası və konfransında Azərbaycanı tarixi-mədəni abidələri haqqında məlumat verilib -
Daşkənddə XXI Beynəlxalq turizm yarmarkası və konfransında Azərbaycanı tarixi-mədəni abidələri haqqında məlumat verilib

 “Özbəkturizm” milli şirkəti, “Böyük İpək yolu” reklam agentliyi və BMT-nin Dünya Turizm Təşkilatının təşəbbüsü ilə Daşkənddə “Böyük İpək yolu ilə turizm” adlı XXI Beynəlxalq turizm yarmarkası və konfransı keçirilib.
Tədbirlərdə dünyanın müxtəlif ölkələrindən turizm firmaları və şirkətləri iştirak edib.
Konfransda Özbəkistanın turizm imkanları haqqında söhbət açılıb. Qeyd olunub ki, ölkədə 1279 turizm təşkilatı fəaliyyət göstərir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Könül Cəfərova tədbirdə ölkəmizin tarixi memarlıq abidələri və turizm potensialı ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün Azərbaycanda 6308 memarlıq abidəsi qeydə alınıb. Hazırda nazirlik tərəfindən tarix və mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması üzərində iş gedir.
K.Cəfərova məruzəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, “Qobustan” Milli Tarix-Bədii Qoruğu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və digər abidələr haqqında məlumat verib.
Bildirib ki, Azərbaycan hökuməti tarixi-mədəni abidələrin qorunması, öyrənilməsi sahəsində məqsədyönlü iş aparır.

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə