Rusiyanın nüfuzlu НТВ telekanalının nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub -
Rusiyanın nüfuzlu “НТВ” telekanalının nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir.
Bununla əlaqədar, Rusiyanın “НТВ” telekanalında hər həftə yayımlanan “Поедем, поедим!” kulinar-etnoqrafik verilişində Respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2016-cı ilin 28 mart – 01 aprel tarixində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaqdır. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə