Estrada sənəti sinfinin inkişafı müzakirə olunub -
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub

Musiqi məktəblərinin inkişafına Azərbaycanda reallaşan mədəniyyət siyasəti çərçivəsində xüsusi diqqət ayrılmaqdadır. Həmin məktəblərin tanıdılması və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan höküməti tərəfindən silsilə tədbirlər görünməkdədir. Mövcud istiqamətdə atılan növbəti addım estrada sinfinin inkişafı ilə bağlıdır.
Belə ki, cari ilin 10 dekabr tarixində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış mütəxəssislərin iştirakı ilə ilk müzakirələr aparılmışdır. Müzakirədə məktəbin direktoru Əziz Qarayusifli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim Məryam Babayeva, Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının “Vokal” kafedrasının professoru Natavan Şeyxova, Əməkdar İncəsənət Xadimi Rafiq Seyidzadə, Azərbaycan Milli Konservatoriyasının “Milli Vokal” kafedrasının baş müəllimi, Caz Festivalları laureatı Rövşən Rzayev və V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru, Əməkdar İncəsənət xadimi Akif Süleymanbəyli iştirak ediblər.
Bədii Təhsil şöbəsinin müdiri Sevil Ələkbərova mütəxəssisləri təqdim etmiş və tədbirin əhəmiyyətindən söz açmışdır. Təqdim olunmuş Tədris planının layihəsi müzakirə və təhlil olunmuş, hər bir mütəxəssis ayrı-ayrılıqda yeni təkliflər irəli sürmüş və Tədris planına əlavələrin daxil edilməsi haqqında öz fikirlərini bildiriblər.
Müzakirədə dəvət olunmuş mütəxəssislərlə yanaşı məktəbdə Estrada ixtisası üzrə fəaliyyət göstərən gənc müəllimlər də iştirak edib.
Sonda Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qonaqlara təşəkkür etmiş, respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində “Estrada sənəti” sinfinin yaradılmasının müsbət rolundan, peşəkar mütəxəssislərlə birgə tədris proqramlarının yenilənməsi və bu ixtisasın inkişaf etdirilməsi üçün Ustad dərslərin keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə