Azərbaycanın Xalq Artisti Rasim Ocaqov anadan olub -
Azərbaycanın Xalq Artisti Rasim Ocaqov anadan olub

22 noyabr 1933-cü il tarixində Azərbaycanın tanınmış kinorejissor və operatoru, Azərbaycanın Xalq Artisti Rasim Ocaqov anadan olub (1933-2006). R.Ocaqov gəncliyində geoloq olmaq arzusunda idi. Lakin “Azərbaycanfilm” kinostudiyasının çəkiliş qrupunun Ocaqovun doğma Şəki şəhərinə gəlişi onu peşə seçimini dəyişməyə məcbur etdi. “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”, “Əsas müsahibə”, “İstintaq” (bu film SSRİ Dövlət mükafatına layiq görülüb) filmlərini Rasim Ocaqov çəkib. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə