Regionlarda ustad dərslərin keçirilmə təcrübəsi genişlənir -
Regionlarda ustad dərslərin keçirilmə təcrübəsi genişlənir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 19-21 noyabr tarixlərində təşkil edilən Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano, tar və xor-dirijorluq ixtisas müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri təşkil olunub. Dərslər 19 noyabr Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbi, 20 noyabr Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbi, 21 noyabr isə Gəncə şəhər Uşaq İncəsənət məktəbində keçirilib.
Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova çıxış edərək, qeyd etdi ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi, incəsət və rəssamlıq məktəblərində gənc nəslin estetik tərbiyəsinin formalaşması, onların musiqi alətlərində ifa etmək bacarıqları, nəzəri biliklərə yiyələnməsi məhz Bədii təhsilin ilkin pilləsidir.
Bədii təhsil sahəsinin bu günkü inkişafı bu sahədə çalışan müəllimlərin hazırlıq səviyyəsindən,bilik və bacarlqlarindan, peşə ustalığından asılıdır. Yüksək bədii zövqlü şagirdlər,musiqiçi yetışdirmək hər bir müəllimin qarşısında duran əsas vəzifələrdən biridir. Bədii təhsil sahəsində çalışan müəllimlər yaradıcı insanlardı. Onlar gələcəyin xalq artisti, bəstəkarını, Azərbaycan professional musiqimizi dünya səhnələrində təbliğ etmək bacarığına malik olan şəxsiyyətlər formalaşdırır, musiqiçi yetişdirir.
Ustad dərslər uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, böyüməkdə olan gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşmasında müsbət rol oynayır. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində fəalıyyət göstərən müəllimlərin bilik, bacarıq və peşə səriştələri tədris metodikasının xüsusiyyətləri, pedaqogika və psixologiya ilə əlaqəsinin öyrədilməsi müasir tələblərə uyğun həyata keçirilir. Ustad dərslər Xor ixtisası üzrə Bakı şəhər C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru Əməkdar müəllim Mehin Orucova, fortepiano ixtisası üzrə Sumqayıt Musiqi Kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva və tar ixtisası üzrə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Qüdrət Məmmədov tərəfindən keçirilib. Həmin dərslərdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbi, Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbi, Gəncə şəhər incəsənət məktəbi, Goranboy, Samux, Kəlbəcər rayon və Naftalan şəhər uşaq musiqi və incəsənət məktəblərindən 250-ə yaxın müəllim və şagirdləri iştirak etmişlər.
Sonda 21 noyabr tarixində Gəncə şəhər Uşaq incəsənət, Bülbül adına 3 nömrəli Uşaq musiqi, Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəblərinin direktorları Ramayıl Atayev, Elman Məmmədov və Müşafərim Əsgərova Ustad dərslərin keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirdilər. Ustad dərsləri dinləyən müəllimlərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Sertifikatlar, dərsi keçən müəllimlərə isə Diplomlar təqdim olundu.
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə