Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin növbəti beynəlxalq metodiki vəsaiti işıq üzü görüb -
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin növbəti beynəlxalq metodiki vəsaiti işıq üzü görüb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Bakı Yunus Emre İnstitutu ilə birgə hazırlanmış “Əl sənətləri texnologiyası. Ebru” adlı növbəti beynəlxalq metodiki vəsaiti işıq üzü görüb.
Bakı Yunus Emre İnstitutunun rəhbəri, dosent Cihan Özdemir və Mərkəzin direktoru Asif Usubəliyevin rəhbərliyi altında nəşr edilən “Əl sənətləri texnologiyası. Ebru” adlı metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı, modul, məzmun və digər mövzuları əhatə edir.
Qeyd edək ki, metodiki vəsaitin Bakıda və regionlarda Yunus Emre İnstitutu ilə birgə təqdimatı planlaşdırılır. Sənətkarlıq dərnəklərində unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən Mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması da nəzərdə tutulur.
 
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə