Asfalt üzərində rəsm müsabiqəsi -
Asfalt üzərində rəsm müsabiqəsi

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqədə sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər. İştirakçılar tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini göstəriblər. Çəkdikləri rəsmlərə görə Fəridə Babayeva birinci, Fərid Qafarlı ikinci, Mais Hacılı isə üçüncü yerə layiq görülüb. Müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.
Qeyd edək ki, həftə ərzində, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Oxu, qavra” adlı mütaliə yarışı da keçirilib. Müsabiqədə iştirakçılar 30 dəqiqə ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamına uyğun olaraq elektron kitabxananın kataloquna daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” adlı kitabından seçilmiş “Saqqallı uşaq” hekayəsini oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub. Qalibə oxunması zəruri olan kitablar hədiyyə edilib. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə