F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirildi -
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirildi

2 Aprel 2018- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirildi. Tədbirdə, uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Elvira Məmmədli, Misir Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Dr.Əhməd Sami Elaydi, pedaqoqlar, oxucular, 8 və 134 saylı məktəbin şagirdləri və.s iştirak edirdilər. Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan 600-dən çox kitab sərgilənib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq qonaqları və tədbir iştirakmılarını xüsusilə uşaqları salamladıqdan sonra kitab bayramı münasibətilə hər kəsi təbrik etdi. Daha sonra Ş.Qəmbərova tədbir iştirakmılarına yazıçıları təqdim etdi. Sonra söz, uşaq yazarı, professor Zahid Xəlilə verildi. O da, öz çıxışında kitabın insan həyatında xüsusilə uşaqların inkişafında nə qədər önəm daşımağı haqqında geniş və ətraflı məlumat verdi. Daha sonra tədbir, məktəblilərin təqdimatında H.Andersen nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya ilə davam etdi. Tədbir iştirakçıları sevimli yazarlarını dinlədilər, onları maraqlandıran suallara cavab aldılar, həmçinin yeni kitabların çarxlı slaydını izlədilər. Yazarlarla canlı ünsiyyət onlara bir dünya sevinc bəxş etdi. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular.
Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaqdır.
Sərgi, 2- 5 aprel tarixinədək davam edəcək. 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə