Adilxan Bayramov -
Adilxan Bayramov

Azərbaycan Milli Ensiklopediyası, 2011 il, cild 3:
BAYRAMOV Adilxan Hüseynəli oğlu (d.19.2.1949, Gürc.-ın Marneuli r-nun Sadaxlı k.) - Azərb. ədəbiyyatşünası, filologiya e.d. (2010). Azərb. Dövlət Un-tini bitirmişdir (1971). S.Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri (1979-80), indiki Mədəniyyət və Turizm Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən idarə rəisi, nazirlik aparatının rəhbəri, sektor müdiri (1988-2007) işləmiş, 2007 ildən nazirliyin Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzinin direktor müavinidir. Tədqiqatları, əsasən, xalq şairi S.Vurğunun yaradıcılığına həsr olunmuşdur.
Əsərləri: Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik. B., 1999; Tariximiz, yaddaşımız, sərvətimiz. B., 2007.
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə