Fotoqraf Reza Deqati -
Fotoqraf Reza Deqati

1981-ci ildə öz vətəni İrandan sürgün edilən azərbaycan kökənli məshur fotoqraf Reza Deqati hazırda Parisdə yaşayır. 30 ildən artıq zamanda bütün dünyanı səyahət edən və yüzdən çox ölkədə olan müəllif geniş sferada insan emosiyalarının, sevinc və xoşbəxtlik hisslərinin, eləcə də qəm-kədər və təhqir əzabının şahidi olub. O, 1991-ci ildən müxbir qismində beynəlxalq kütləvi informasiya vasitələri ilə çalışır, işləri National Geographic, Time Magazine, Stern, Newsweek, El Pais, Paris-Match, Géo jurnallarında dərc edilib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin laureatıdır.

Rza Deqati Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 
 
 

 
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Heydər Əliyev
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə